Zelenski Ukraynanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsini təyin edib

Zelenski Ukraynanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsini təyin edib backend

Prezident Vladimir Zelenski Ukraynanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsini təyin edib. Bu, Yuri Vitrenko olub.

Qazziler.az bildirir ki, bu barədə RBC-Ukrayna prezident aparatının saytına istinadən xəbər verir.

“Yuriy Vladimiroviç Vitrenko Ukraynanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilsin”, – 881 nömrəli sərəncamda deyilir.

2020-ci ildə Vitrenko Ukraynanın BMT-dəki daimi nümayəndəsinin müavini olub.

2022-ci ildə isə Ukrayna Prezidenti Aparatının Xarici Siyasət və Strateji Tərəfdaşlıq Direktorluğunun xarici siyasət məsələləri üzrə baş şöbəsinin müdiri olub.

QAZİLER.AZ

 

Diaspora