Tbilisidə atışma olub

Tbilisidə atışma olub backend

Tbilisidə Dolidze küçəsində atışma olub.

Qaziler.az "qruziya-onlayn"a istinadən bildirir ki, hadisə nəticəsində bir nəfər xəsarət alıb. Məlumata görə, yaralı tibb müəssisəsindədir.

Hadisə şahidlərinin sözlərinə görə, atışma yerli vaxtla saat 11:00-da baş verib, lakin onlar yaralının Dolidze küçəsində yaşayıb-yaşamadığını bilmirlər.

Gürcüstan Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, hadisə ilə bağlı istintaq aparılır.

QAZİLER.AZ

Diaspora