Amerika Birləşmiş Ştatları Ukraynaya hərbi yardımın həcmini artırır. Bu, Rusiya ilə müharibədə vəziyyəti bərabərləşdirməyə kömək edir.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna prezidenti Vladimir Zelenskinin axşam müraciətinə istinadən məlumat yayıb.
Ukrayna dövlət başçısının sözlərinə görə, bu gün Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski və Ukraynanın Müdafiə naziri Rustem Umerovun hesabatı olub.
"Cəbhə. Təchizat. ABŞ-ın hazırda təchizatı artırması çox vacibdir. Vəziyyəti bərabərləşdirmək üçün bu lazımdır. Mən tərəfdaşlarımıza minnətdaram. Təchizat sürəti elə olmalıdır ki, Rusiya hücumlarının sürətini aşağı salsın”, - deyə Zelenski vurğulayıb.
QAZİLER.AZ