2024-cü il dekabrın 25-də baş vermiş təyyarə qəzasında həlak olanların xatirəsi və hüzn əlaməti olaraq Aktau, Kurık və Bautino limanlarında Xəzər dənizinin sularına matəm çələngləri endirilib.
Qaziler.az bildirir ki, bu barədə “Kazinform” agentliyi Manqistau vilayətinin akimliyinə istinadən xəbər verir.
Dənizçilər bildirir ki, bu, hamı üçün ümumi bir faciə, ortaq bir ağrıdır.
“Bu jest bu dəhşətli təyyarə qəzasında həlak olan hər kəsə hörmət və kədərin ifadəsidir. Bu, son illərin ən faciəli hadisələrindən biridir, onlarla insan, o cümlədən uşaqlar həlak olub. Qurbanların yaxınlarının hissləri başa düşüləndir, biz sizinləyik. Kədərinizi bölüşür və dərdinizə şərik oluruq”, - deyə aksiya iştirakçıları qeyd ediblər.
Analoji hadisə onlarla insanın toplaşdığı Bautino limanında da baş verib. Onlar həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edərək, rayon sakinlərinin, o cümlədən dənizçilərin hər an xəsarət alanlara hər cür dəstəyi verməyə hazır olduqlarını qeyd ediblər.
QAZİLER,AZ