Gürcüstanın Qori şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Mira prospektində təcili yardım maşını ilə patrul polisi avtomobili toqquşub.
Qaziler.az gürcü mətbuatına istinadən bildirir ki, hadisə zamanı təcili tibbi yardım maşını xəstəni xəstəxanaya aparırdı, başqa briqada çağırılıb, o, 60 yaşdan yuxarı xəstəni Qori hərbi hospitalına çatdırıb, xəstə klinikada dünyasını dəyişib.
Mərhumun yaxınlarının verdiyi məlumata görə, kişi xərçəng xəstəliyindən əziyyət çəkirdi və vəziyyəti ağır olduğundan təcili yardım çağırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır, hadisə yerində araşdırmalar aparılır.
QAZİLER.AZ