Qırğızıstan parlamenti vətəndaşların şəxsiyyətini müəyyənləşdirməyi çətinləşdirən geyim geyinməyə görə cərimənin tətbiqini təsdiqləyib.
Qaziler.az xəbər verir ki, bu barədə “AKIpress” məlumat yayıb.
Yeni hüquqpozmalar bəndində qeyd olunur ki, bu cərimə onların şəxsiyyətini müəyyən etməyə imkan verməyən və bu cür geyimləri geyinən şəxslərə şamil ediləcək. Bu cür geyimdən iş və ya xidməti fəaliyyətin bir hissəsi kimi və ya tibbi səbəblərdən istifadə edildiyi hallar istisnadır.
Bu qaydanın pozulması 20 min som (təxminən 320 azn) cərimə ilə nəticələnəcək.
Qeyd edək ki, sentyabrın 7-də deputat Şarapatkan Majitova Qırğızıstan parlamentinin iclasında ictimai yerlərdə niqab və burka geyinməyi qadağan etməklər bağlı təklif irli sürüb.
QAZİLER.AZ