Ukrayna prezidenti Vladimir Zelenski 2022-ci ilin oktyabrından vəzifədə olan ölkənin Almaniyadakı səfiri Aleksey Makeyevi vəzifəsindən azad edib.
QAZİLER.AZ bildirir ki, bu barədə dekabrın 25-də “Bild” qəzeti diplomatik dairələrdəki mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Makeyevin yerini Ukraynanın İsraildəki hazırkı səfiri Yevgeni Korniyçuk tutacaq.
Qəzet səfirin dəyişdirilməsinə səbəb kimi diplomatların mütəmadi rotasiyasını göstərib. Lakin, materialda qeyd edildiyi kimi, Makeyevin işdən çıxarılmasının əsl səbəbi sələflərini tənqid etmək olub.
QAZİLER.AZ