Rusiya komandanlığı Xerson bölgəsindəki hücumlardan sonra əsgərlərinin cəsədlərini götürmür - ATEŞ

Rusiya komandanlığı Xerson bölgəsindəki hücumlardan sonra əsgərlərinin cəsədlərini götürmür -  ATEŞ backend

Rusiya komandanlığı öz əsgərlərini Xerson vilayətinin sol sahilinə hücuma göndərir, lakin onların cəsədlərini götürməkdən imtina edir. Onlar bunu qurbanların ailələrinə təzminat ödəməmək üçün edirlər.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna “ATEŞ” partizan hərəkatının Teleqramına istinadən xəbər verir.

“Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçuları arasından olan ATEŞ hərəkatının agentləri Xerson vilayətinin sol sahilində yerləşən 61-ci Piyada Briqadasının komandanlığının özbaşınalığı barədə məlumat verirlər”, - məlumatda deyilir.

Belə ki, briqadanın yarıdan çoxunun öldüyü hücumlardan birindən sonra komandanlıq tabeliyində olan ölmüş hərbçiləri götürməkdən imtina edib.

Qeyd olunur ki, bu, həlak olanların ailələrinə təzminat ödənilməmək üçün ali komandanlığın göstərişi ilə həyata keçirilir. Sənədlərə görə, Xerson vilayətindəki əməliyyatlarda həlak olan hərbçilər “döyüşdə itkin düşənlər” siyahısındadırlar.

QAZİLER.AZ

Diaspora