Ukrayna prezidenti Vladimir Zelenski çərşənbə günü, dekabrın 25-də ravvinlərlə görüşüb və Argentina prezidenti Xavyer Mileyin hədiyyə etdiyi şamları yandırıb.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna lideri öz Telegram kanalında məlumat verib.
O qeyd edib ki, dekabrın 25-də Milad (katolik) və Hanuka eyni vaxtda qeyd olunur.
“Bu gün Ukraynanın ravvinləri ilə birlikdə Hanukka şamlarını yandırdım. Məhz bu Hanukka menorası Argentina prezidenti Xavyer Miley tərəfindən ötən ilin dekabrında inauqurasiya zamanı təqdim edilib”, - Zelenski yazıb.
QAZİLER.AZ