Gürcüstan prezidenti Salome Zurabişvili Orbeliani sarayının yaxınlığında keçirilən "Qadınlar yürüşü"nün iştirakçıları qarşısında çıxış edib.
Qaziler.az bildirir ki, bu barədə "Qruziya onlayn" yazıb.
“Qadınlar bu ölkədə ən güclüdür, onlar bu ölkə üçün – bu gün, gələcək və azad Gürcüstan üçün böyük ümiddir”, – Salome Zurabişvili bildirib.
Qadınların yürüşünün iştirakçıları Filarmoniyadan Prezident iqamətgahına doğru yürüş ediblər.
Onlar bir neçə dəqiqə “Salome, Salome” şüarları səsləndiriblər, bundan sonra prezident onları qarşılamağa çıxıb.
Tbilisidə etiraz aksiyaları 27-ci gündür ki, davam edir. Vətəndaşların etirazı baş nazir İrakli Kobaxidzenin noyabrın 28-də Gürcüstanın Aİ-yə üzvlük danışıqlarının başlanmasını 2028-ci ilə qədər təxirə salacağı barədə bəyanatından sonra başlayıb.
QAZİLER.AZ