Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin sərnişininin son sözləri dərc olunub
Aktau yaxınlığında qəzaya uğrayan azərbaycanlı təyyarədə sağ qalanlardan biri, 36 yaşlı rusiyalı Zaur Məmmədov faciədən dərhal sonra sevgilisinə səsli mesaj göndərib.
Qaziler.az bildirir ki, NEWS.ru sərnişinlə sevgilisi arasında söhbətin səs yazısını yayıb. O, təyyarənin qəzaya uğradığını, sağ olduğunu, amma bundan əvvəl iki saat ölümünü gözlədiyini deyib.
"Narahat olma. Təyyarəmiz qəzaya uğrayıb. Mən sağam. Hardasa Qazaxıstanda bir yerdəyik. Bəli, düzünü desəm, məni Allah xilas etdi. Lənətə gəlsin, xatırlamıram, yəqin ki, iki saat uçdum və ölümümü gözlədim”, - deyib.
QAZİLER.AZ