“Dekabrın 29-da heç nə bitmir, əksinə, daha mühüm proseslər başlaya bilər, burada əsas məsələ budur, mən gözləmirəm ki, 29-dan əvvəl yeni seçkilər keçirilsin və biz seçki prosesinə keçəcəyik”.
Qaziler.az bildirir ki, Gürcüstan parlamentinin sədr müavini Tamar Çuqoşvili prezident Salome Zurabişvili ilə vətəndaş sektorunun və siyasi partiyaların nümayəndələrinin iştirak etdiyi görüşdən sonra deyib.
Çuqoşvilinin sözlərinə görə, yeni seçkilərə qədər görüləcək çox iş var.
“29-dan sonra da etiraz proseslərində iştirak etməli olacağıq. Bu asan deyil. Mübarizə davam etməlidir. Hamı bilir ki, bu parlament qeyri-legitimdir və konstitusiya çərçivəsindən kənardadır. Şəxsən mən parlamentin buraxılması və yeni tarixin elan edilməsini düzgün hesab etmirəm və bunun seçim və ya zərurət olduğunu düşünmürəm. Hələ görüləsi çox iş var”, - Çuqoşvili bildirib.
QAZİLER.AZ