Rusiyanın Su-25 hücum təyyarəsi döyüş tapşırığı yerinə yetirərkən "ZALA" kəşfiyyat PUA-sı ilə toqquşub.
Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, hadisə Donetsk vilayətində baş verib.
Toqquşma nəticəsində təyyarənin ön hissəsi zədələnib.
Bu barədə “Spy Dossier” Telegram kanalı məlumat yayıb.
“Bu yaxınlarda 960-cı Hücum Aviasiya Alayının bölmələrindən birinin (Primorsko-Axtarsk 75387 hərbi hissəsi) Su-25 hücum təyyarəsi ilə Donetsk vilayətində döyüş tapşırığı zamanı Rusiyanın "ZALA" kəşfiyyat PUA-sı ilə toqquşub, nəticədə ön hissə zədələnib", - məlumatda qeyd olunub.
Toqquşma zamanı pilot xəsarət almayıb.
Zədələnmiş hücum təyyarəsinin öz aerodromuna qayıtmasının görüntüləri yayılıb.
QAZİLER.AZ
![](https://img.qaziler.az/gallery/2024/12/169927_676b089c56325.jpg)
![](https://img.qaziler.az/gallery/2024/12/169927_676b089c6a28c.jpg)