Dağıstanskiye Oqnidə qatarla minik maşını ilə toqquşması nəticəsində 46 yaşlı sürücü və 14 yaşlı uşaq xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qaziler.az bildirir ki, bu barədə dekabrın 24-də Dağıstan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Dağıstanskiye Oqnidə qatar vaqonla toqquşub. İki nəfər yaralanıb. Avtomobilin sürücüsü və onun 14 yaşlı sərnişini müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar”, - RİA Novosti xəbər verir.
İlkin məlumata görə, maşinist idarəetməni itirərək qatarın qarşısından dəmir yolu relslərinə çıxıb.
QAZİLER.AZ