Rusiya bölgəsinə 8 PUA hücum edib

Rusiya bölgəsinə 8 PUA hücum edib backend

Rostov vilayəti Ukraynaya məxsus pilotsuz təyyarələrin hücumuna məruz qalıb.

Qaziler.az bildirir ki, bu barədə Rusiya vilayətinin başçısı səlahiyyətlərini icra edən Yuri Slyusar öz Telegram-kanalında məlumat verib.

O, aydınlaşdırıb ki, hava hücumundan müdafiə sistemləri Millerovo ərazisində 8 pilotsuz uçuş aparatı vurub.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisə yerində fəsadlar barədə məlumat dəqiqləşdirilir. “Hava hücumundan müdafiə sistemləri və mobil yanğınsöndürmə qrupları hücumu dəf etməyə davam edir”, - deyə məlumatda bildirilir.

QAZİLER.AZ

Diaspora