Dekabrın 29-na kimi “Gürcü Arzusu” ilə yeni parlament seçkiləri üçün razılaşma əldə olunmasa, dekabrın 29-dan sonra “biz rejimin süqutu ilə seçkilərə nail olacağıq”.
Qaziler.az "Qruziya onlayn"a istinadən bildirir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili deyib.
“Rejimin süqutu dialoqa, kompromislərə, güzəştə alternativdir. Əgər olmasa, özü dağılan bir rejimin süqutu olacaq” deyə o, bildirib.
Bundan əlavə, Zurabişvili parlament seçkilərinin keçirilməsi məsələsi ilə məşğul olacaq yeni şuranın yaradıldığını bəyan edib.
QAZİLER.AZ