Tokayev Qazaxıstanda AES-in tikintisini sürətləndirməyi əmr etdi

Tokayev Qazaxıstanda AES-in tikintisini sürətləndirməyi əmr etdi backend

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev energetika naziri Almasadam Satkaliyevə ölkədə ilk Atom Elektrik Stansiyasının (AES) tikintisi layihəsini sürətləndirməyi tapşırıb.

Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

“Dövlət başçısı energetika naziri Almasadam Satkaliyevi qəbul edib. Prezident Qazaxıstanda Atom Elektrik Stansiyasının tikintisi layihəsinin icrasının sürətləndirilməsinin vacibliyini qeyd edib”, - məlumatda deyilir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya tərəfi Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə bağlı öz təkliflərini verib.

QAZİLER.AZ

Diaspora