Türkiyədən Rusiyaya ƏSƏD ÇAĞIRIŞI: "Dəstəyi dayandır, faydasız olacaq"

Türkiyədən Rusiyaya ƏSƏD ÇAĞIRIŞI: "Dəstəyi dayandır, faydasız olacaq" backend

Türkiyə Rusiyadan Suriyanın keçmiş prezidenti Bəşər Əsəd rejiminə dəstəyi dayandırmağa çağırır və bu dəstəyin uzunmüddətli perspektivdə faydasız olduğunu sübut etməyə çalışır.

QAZÍLER.AZ  Publika.az-a istinaden xəbər verir ki, Suriya üsyançılarının hücumunun ilk günlərində Moskva “Heyəti Təhriri əl-Şam” qruplaşmasının planlarını öyrənmək üçün Ankara ilə əlaqə saxlayıb. Eyni zamanda, Türkiyə Suriyanın yeni hakimiyyət orqanlarını Rusiyaya qarşı çevirmək riskləri səbəbindən Moskvaya silahlı müxalifətə zərbələrdən imtina etməyi tövsiyə edib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan da öz növbəsində bildirib ki, Ankara Moskvanı bölgədəki şərtlər dəyişdiyi üçün Əsəd rejimini dəstəkləməkdən imtina etməyə çağırıb.

Dekabrın 8-də Rusiya Xarici İşlər Nazirliyi Əsədin dövlət başçısı postunu tərk etmək qərarına gəldiyini və “hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstəriş verərək” Suriyanı tərk etdiyini bildirib. Daha sonra Suriyanın eks-prezidentinin Moskvaya ailə üzvləri ilə qaçdığı məlum olub.

 

 

Diaspora