Heydər Əsədov şəhid ailələrinə baş çəkdi - Fotolar

Heydər Əsədov şəhid ailələrinə baş çəkdi - Fotolar backend

Milli Məclisin deputatı Heydər Əsədov Yeni Azərbaycan Partiyası Şirvan Şəhər Təşkilatının Qərargahında növbəti vətəndaş qəbulu keçirib.

QAZÍLER.AZ  “Qafqazinfo”-ya istinaden xəbər verir ki, deputat qəbul zamanı vətəndaşların müraciətlərini diqqətlə dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.

Belə ki, vətəndaşların qaldırdıqları məsələlər əsasən məşğulluq, sosial müdafiə, kommunal, kredit, məişət və digər sahələri əhatə edib.

Görüş zamanı bir çox vətəndaşın, xüsusilə də şəhid ailələrinin qaldırdıqları problemlər yerində həll edilib.

Onlara kredit faizlərinin ödənilməsinə, məişət problemlərinin həllinə və digər məqsədlərə görə maddi yardımlar və lazımi dəstək göstərilib.

Parlamentari dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq, vətəndaş müraciətlərinə bundan sonra da diqqətlə yanaşılacağına, qaldırılmış problemlərin araşdırılması üçün aidiyyəti orqanlara göndəriləcəyinə söz verib.

Millət vəkili daha sonra bir neçə şəhid ailəsini ziyarət edərək, onlara maddi yardımlar göstərib. Eyni zamanda həmin ailələri yaxın günlərdə lazımi məişət avadanlıqları ilə təchiz edəcəyinə söz verib.

Sonda isə deputat vətəndaşların xahişi ilə şəxsi vəsaiti hesabına tikdirdiyi növbəti söhbətgahın təhvil verilməsində iştirak edib.

Diaspora