FETÖ-nün mərkəzi İstanbul olmaqla 7 vilayətdə həyata keçirilən əməliyyatda saxlanılan 19 şübhəlidən 11-i həbs edilib, 8-i isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber xəbər verir.
İstanbul Respublika Prokurorluğunun başlatdığı istintaq çərçivəsində İstanbulla yanaşı Ankara, Aydın, Bursa, İzmir, Ordu və Tekirdağda həyata keçirilən əməliyyatda saxlanılan 19 şübhəlinin polis əməliyyatları tamamlanıb.
Çağlayandakı İstanbul Ədliyyəsinə aparılan şübhəlilər prokurorluqdakı ifadələrinin ardından növbətçi cəza hakimliyinə sövq edilib.
Hakim şübhəlilərdən 11-nin həbsinə qərar verib. Etiraf edən 8 şübhəli məhkəmə nəzarəti tədbirləri ilə sərbəst buraxılıb.
QAZİLER.AZ