Gürcüstanda həbs edilən etirazçılar azadlığa buraxılacaqlar

Gürcüstanda həbs edilən etirazçılar azadlığa buraxılacaqlar backend

Gürcüstan paytaxtında inzibati xəta törətdiklərinə görə saxlanılan etirazçılar dekabrın sonuna kimi azadlığa buraxılacaqlar.

Qaziler.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, inzibati həbs 15 gündür.

“Buna görə də bütün məhbuslar ayın sonuna qədər azadlığa buraxılacaqlar. Bu, cinayət işi üzrə saxlanılanlara şamil edilmir”, - deyə hökumət başçısı vurğulayıb.

Baş nazirin sözlərinə görə, hazırda Tbilisidə mitinqlər dinc xarakter alıb. Bu baxımdan artıq hüquq-mühafizə orqanlarının və təhlükəsizlik orqanlarının etirazçılara qarşı güc tətbiq etməsinə ehtiyac yoxdur.

QAZİLER.AZ

Diaspora