Gürcüstan Universiteti Avropaya inteqrasiyanı dəstəkləyəcək dövlət qulluqçularına kömək üçün fond yaradıb

Gürcüstan Universiteti Avropaya inteqrasiyanı dəstəkləyəcək dövlət qulluqçularına kömək üçün fond yaradıb backend

Dövlət qulluqçularını dəstəkləmək üçün Gürcüstan Universiteti 200 000 lari həcmində fond yaradıb.

Qaziler.az "Qruziya onlayn"a istinadən bildirir ki, universitet bu barədə bəyanat verib. Onlar öz bəyanatlarında Avropaya inteqrasiya prosesini dayandırmaqdan imtina etdiklərini açıq şəkildə bəyan edən və vəzifələrindən getməyə məcbur olacaq cəsur dövlət qulluqçularının maaşlarını kompensasiya etmək üçün 200 min lari vəsait ayırdığını bildirib.

Universitet vətənpərvər şirkətləri bu təşəbbüsə qoşulmağa və cəsur əməkdaşlara dəstək olmağa çağırır.

QAZİLER.AZ

Diaspora