Tbilisidə minlərlə insan Yeni ili etiraz aksiyasında qeyd etməyi planlaşdırır

Tbilisidə minlərlə insan Yeni ili  etiraz aksiyasında qeyd etməyi planlaşdırır backend

Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsini tələb edən minlərlə insan Yeni ili Tbilisinin Rustaveli prospektində etiraz aksiyası ilə qeyd etməyi planlaşdırır.

Qaziler.az bildirir ki, bu barədə "qruziya-onlayn" məlumat verib.

Artıq Facebook-da “Sehrli Yeni il etiraz gecəsi” adlı tədbir səhifəsində 16 minə yaxın insan iştirakını təsdiqləyib. Gürcüstan prezidenti Salome Zurabişvili də aksiyalara  qoşulmağı planlaşdırır.

“Yeni il qələbə, sülh və azadlıq ili olacaq. Birlikdə görüşək!”, - deyə Zurabişvili sosial şəbəkədə yazıb.

Təşkilatçıların sözlərinə görə, etirazçılar dekabrın 31-i saat 23:00-da Rustaveliyə toplaşacaqlar. Onların əsas şüarı: “Bu ölkədə ancaq biz, gürcü xalqı legitimik”dir.

Noyabrın 28-dən Tbilisidə və Gürcüstanın digər şəhərlərində müntəzəm olaraq etiraz aksiyaları keçirilir. Genişmiqyaslı mitinqlər hakimiyyət orqanlarının Avropa Birliyinə üzvlüklə bağlı danışıqların ən azı dörd il müddətinə dondurulduğunu elan etməsindən sonra başlayıb.

İlk həftə ərzində hakimiyyət avropapərəst etirazları vəhşicəsinə yatırdıb. 450-dən çox nümayişçi saxlanılıb. Onların demək olar ki, 65%-i polis tərəfindən qeyri-adekvat davranıldığını deyir. 100-dən çox etirazçı ağır yaralanıb.

QAZİLER.AZ

Diaspora