Zelenski zərbələrin Rusiya ərazisinə təsirindən danışıb - VİDEO

Zelenski zərbələrin Rusiya ərazisinə təsirindən danışıb - VİDEO backend

Kiyevin Rusiya Federasiyası ərazisinə hücum etməyə başladığı bir vaxtda Rusiya diktatoru Vladimir Putin Ukraynaya hücumları azaldır. O qorxur ki, belə bir “cavab” onun cəmiyyətini sevindirməyəcək.

RBC-Ukrayna bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin Fransanın “Le Parisien” nəşrinə müsahibəsinə istinadən xəbər verir.

“Əlbəttə, Rusiya paylayıcı stansiyalara hücum edir və bundan sonra da davam edəcək, həmçinin qaz anbarlarına və buna bənzər yerlərə də hücum edəcək”, - deyə prezident bildirib.

O qeyd edib ki, Ukrayna daha çox hava hücumundan müdafiə sisteminə, daha çox fiziki müdafiəyə və ordu üçün daha çox uzaq mənzilli imkanlara ehtiyac duyur.

“Çünki siz Rusiya Federasiyası ərazisinə hücum etməyə başlayanda Putin Ukraynaya hücumları azaldır. Cəmiyyətinin bundan narazı olacağından çox qorxur. Biz bu cür barbarlarla onun üçün başa düşülən üsullarla hərəkət etməliyik”, - deyə Zelenski vurğulayıb.

QAZİLER.AZ

 

Diaspora