Qaribaşvilinin oğlu ABŞ universitetindən çıxması ilə bağlı xəbərləri təkzib edib

Qaribaşvilinin oğlu ABŞ universitetindən çıxması ilə bağlı xəbərləri təkzib edib backend

“Gürcü Arzusu”nun sədri İrakli Qaribaşvilinin oğlu Nikoloz Qaribaşvili Amerika universitetini buraxması ilə bağlı məlumatı təkzib edərək, Gürcüstana bir aya gəldiyini, qış tətilinin sonunda Pensilvaniyaya. geri dönəcəyini bildirib. 

QAZİLER.AZ bildirir ki, bunu "qruziya-onlayn" yazıb.

O, bu barədə “İmedi” telekanalının efirində Amerika universitetindən qovulmasını şərh edərkən bildirib.

“İndi qış tətilindəyəm və keçən il yay tətilində olduğu kimi 1 ay müddətinə ailəmi ziyarət etmək üçün Gürcüstana gəldim. Bu cür yalanları kimə və niyə yaymaq lazım olduğunu bilmirəm. Universitetdə təhsilimi davam etdirirəm, yeni semestr başlayan kimi Pensilvaniyaya qayıdacağam, hamıya uğurlar!”, - deyə Nikoloz Qaribaşvili bildirib.

Xatırladaq ki, “Mtavari Arkhi” televiziya şirkətinin məlumatına görə, İrakli Qaribaşvili oğlunun universiteti tərk etməsini tələb edib.

QAZİLER.AZ

Diaspora