Peskov: Moskva Kiyevdən fərqli olaraq Milad atəşkəsi ideyasını dəstəkləyib

Peskov: Moskva Kiyevdən fərqli olaraq Milad atəşkəsi ideyasını dəstəkləyib backend

Peskov Ukraynada Milad atəşkəsi mümkünlüyü haqda danışıb.

Qaziler.az bildirir ki, bu barədə  TASS xəbər verir.

Kremlin sözçüsü Dmitri Peskov qeyd edib ki, Moskva Macarıstanın Ukraynada əsirlərin dəyişdirilməsi və Milad atəşkəsi haqqında təklifini dəstəkləyib, lakin Kiyev bu təkliflə kifayətlənməyib. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin məsələ ilə bağlı Macarıstanın baş naziri Viktor Orbanla danışıb və Budapeştin sülh səylərini bəyənib.

 

"Lakin bu səylər Ukrayna tərəfi, yəni Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən dəstəklənməyib. Vəziyyət belədir”, - Peskov vurğulayıb.

QAZİLER.AZ

 

Diaspora