FTX Sibirdə qeyri-qanuni silah istehsal edən iki miqrantı saxlayıb

FTX Sibirdə qeyri-qanuni silah istehsal edən iki miqrantı saxlayıb backend

Yamalda qanunsuz silah istehsal etdiyinə görə miqrantı 8 ilə qədər həbs gözləyir

Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Yamalo-Nenets muxtar dairəsində qanunsuz olaraq silah hazırlamaqda şübhəli bilinən  Mərkəzi Asiya ölkələrindən birinin iki vətəndaşını saxlayıblar.

Qaziler.az bildirir ki, RİA Novosti bu barədə Rusiya FTX-nin Tümen vilayəti üzrə idarəsinə istinadən xəbər verir.

İstintaqın məlumatına görə, miqrantlar bu ilin avqustunda Noyabrska tikinti sahəsində işləmək üçün gəliblər. Onların yaşadıqları ünvanda aparılan axtarışlar zamanı müxtəlif rabitə operatorlarına məxsus 27 sim-kart, üç bank kartı və hər birində bir telefon, noutbuk, partlayıcı maddələr, o cümlədən tüfəng üçün sursat komponentləri, lazer hədəfi və xarici görünüşünü dəyişdirmək üçün əşyalar aşkar edilib.

Onlardan biri barəsində Rusiya Federasiyasının cinayət məcəlləsinin 222.1-ci (“Qanunsuz olaraq partlayıcı maddələri və ya partlayıcı qurğuları əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma, göndərmə və ya gəzdirmə”) və 223-cü (“Qanunsuz olaraq silah hazırlama”) maddələri ilə cinayət işi başlanıb.  - onu səkkiz ilədək həbs cəzası gözləyir. O, hazırda həbsdədir.

İkinci saxlanılan şəxslə bağlı məhkəmə Rusiya Federasiyasından məcburi deportasiya şəklində inzibati cəza seçdi.

QAZİLER.AZ

Diaspora