Qırğızıstan baş nazirin istefasının səbəbi açıqlanıb

Qırğızıstan baş nazirin istefasının səbəbi açıqlanıb backend

Qırğızıstanın baş naziri Akılbek Japarov başqa işə keçməsi ilə əlaqədar ölkə prezidenti Sadır Japarov tərəfindən tutduğu vəzifədən azad edilib.

Qazxiler.az bildirir ki, məlumat Qırğızıstan prezidentinin rəsmi saytında dərc olunub.

“Japarov Akılbek Usenbekoviç başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilib”, - Qırğızıstan liderinin mətbuat xidməti bildirib.

Akılbek Japarov Qırğızıstan prezidentinin müvafiq fərmanı dərc edildikdən sonra vəzifəsini tərk edib. Qırğızıstanın baş nazirinin yeni vəzifəsi hələlik açıqlanmır. Adılbek Kasımaliyev Qırğızıstanın baş nazirinin səlahiyyətlərini icra edəcək.

QAZİLER.AZ

Diaspora