Güclü külək Mingəçevirin tanınmış "Əli" qəbiristanlığında dağıntılara yol açıb.
QAZÍLER.AZ Musavat.com-a istinadən xəbər verir ki, təbiət hadisəsi zamanı müxtəlif növ iri gövdəli ağaclar kökündən qoparaq qəbirüstü abidələrin üzərinə aşıb.
Təqribən 12-dən artıq ağacın qəbirlərin üzərinə düşməsi nəticəsində çox sayda məzar daşı və məzarüstü abidə zərər görüb. Altı qəbirüstü abidə isə ciddi dağıntılara məruz qalıb.

