Türkiyənin Dəməşqdəki səfirliyi 13 ilə yaxın fasilədən sonra fəaliyyətini bərpa edib.
QAZÍLER.AZ Publika.az-a istinadla xəbər verir ki, Türkiyə diplomatik missiyasının binası üzərində ölkə bayrağı qaldırılıb.
Daha əvvəl Türkiyə Mavritaniyadakı səfir Burhan Koroğlunu Suriyada müvəqqəti işlər vəkili təyin edib. Telekanalın məlumatına görə, hazırda o, artıq səfirliyin binasındadır.
Qeyd olunur ki, Türkiyənin Suriyadakı diplomatik missiyası 2012-ci ilin martında Suriyadakı münaqişə ilə bağlı ciddi siyasi fikir ayrılıqları səbəbindən ikitərəfli münasibətlərin kəskin şəkildə pisləşməsi fonunda dayandırılıb.
Bir gün əvvəl Ərdoğan qeyd edib ki, Ankara müvəqqəti Suriya hökumətinin “doğru addımlarına” ümid edir .