Gürcüstanda bu gün prezident seçkiləri keçirilib.
QAZÍLER.AZ Lent.az-a istinadla bildirir ki, Mixeil Kavelaşvili yeni prezident seçilib. Seçki Komissiyasının 224 üzvü onun lehinə səs verib.
Səsvermə saat 9:00-dan 14:00-dək ölkə parlamentində baş tutub. Seçkilərdə ümumilikdə 225 seçki komissiyasının üzvü iştirak edib, 1 bülleten etibarsız sayılıb.
Seçkilər etirazlar fonunda baş tutub. Səhər saatlarında etirazçılar şəhərin mərkəzi prospektini bağlayıb və parlamentə bitişik küçədə mövqe tutublar. Parlament binası polis tərəfindən mühasirəyə alınıb.
Kavelaşvili Gürcüstan prezidentliyinə yeganə namizəd olub. Onu hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası təqdim edib.
Qeyd edək ki, Mixail Kavelaşvili müxtəlif sovet komandalarında, eləcə də Gürcüstan millisində çıxış etmiş keçmiş futbolçudur.