Gürcüstan prezidenti Salome Zurabişvili dekabrın 29-da səlahiyyət müddəti başa çatdıqdan sonra Prezident Sarayını tərk etmək fikrində olmadığını bildirib. Onun sözlərinə görə, hazırda ölkənin legitim instituta ehtiyacı var.
Qaziler.az xəbər verir ki, bu barədə Gürcüstanın IPN nəşri yazıb.
“Mən buradayam və burada olacam, heç yerə getmirəm, çünki bu dəqiqə ölkəyə mütləq qanuni qurum lazımdır. Mən heç yerə getmirəm. Mən heç kimi tərk etməyəcəyəm. İnsanlar həmişə bu barədə məndən soruşurlar. Mən burada qalacağam”, - Zurabişvili deyib.
Onun sözlərinə görə, ölkədə yeni parlament seçkiləri keçirilməlidir və Tbilisidəki etirazların məqsədi məhz budur. Dövlət başçısı bəyan edib ki, ədalət və düzgün seçkilər olmadan nə sülh, nə də siyasi proses olmayacaq!
QAZİLER.AZ