Etiraz aksiyalarında iştirak edən gürcü aktyor cərimə olundu

Etiraz aksiyalarında iştirak edən gürcü aktyor cərimə olundu backend

İnzibati qaydada həbs edilən aktyor Georgi Nakaşidze Tbilisi şəhər məhkəməsi tərəfindən asayişi pozmaqda ittiham olunub və ona inzibati qaydada 2000 lari məbləğində cərimə tətbiq edib.

Qazier.az gürcü mətbuatına istinadən bildirir ki, qərarı hakim Nino Enukidze çıxarıb. Hakim xırda xuliqanlığa görə inzibati icraata xitam verib, lakin polisə tabe olmamağı cinayət hesab edib.

Giorgi Nakaşidze məhkəmə zalından buraxılıb.

 Məhkəmədə teatr və kino aktyorları, rejissorlar və rəssamlar iştirak ediblər.

Giorgi Nakaşidze dekabrın 3-də Rustaveli prospektində saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələrində nəzərdə tutulmuş xırda xuliqanlıq və polisə tabe olmayan hərəkətlər etməkdə ittiham olunub.

QAZİLER.AZ

Diaspora