Rusiya Silahlı Qüvvələri bir həftə ərzində Ukraynanın hərbi obyektlərinə və enerji sektoruna yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları ilə 15 qrup zərbəsi endirib.
Qaziler.az bildirir ki, bu barədə dekabrın 13-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Rusiya ordusunun keçirdiyi əməliyyat nəticəsində hərbi aerodromların infrastrukturu, pilotsuz təyyarələrin yığılması və saxlanması yerləri, habelə arsenallar, sursat anbarları, habelə Ukrayna Silahlı Qüvvələrinin (USQ) birləşmələrinin yerləşdirilmə yerləri və xarici muzdlular məhv edildi", - məlumatda deyilir.
Bundan əlavə, “Cənub” qüvvələr qrupunun bölmələri və “Qərb” xüsusi hərbi əməliyyat zonasında mövqelərini yaxşılaşdırıblar.
“Hava hücumundan müdafiə sistemləri ABŞ istehsalı olan 21 ədəd HIMARS reaktiv yaylım atəş sistemini və 12 Çexiya istehsalı olan “Vampir”i, həmçinin 279 təyyarə tipli pilotsuz uçuş aparatını vurub”, - deyə idarənin açıqlamasında bildirilir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, "xüsusi hərbi əməliyyatlar" başlayandan bəri Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin 29 min vahiddən çox hərbi texnikasını məhv edib.
QAZİLER.AZ