Rusiyanın Krasnodar şəhərində yerli sakin burundaqsız itlə liftə girdiyi üçün qonşusu ilə mübahisə nəticəsində xəsarət alıb.
Qaziler.az bildirir ki, ekabrın 13-də baş verən hadisə yerindən kadrları “İzvestiya” nəşr edib.
Münaqişə ötən gecə Krasnodarda yaşayış binasının liftində baş verib. Kabinə bir uşaqlı qadın, ardınca isə iti olan qonşu girib. Pitbul özünü aktiv apararaq uşağı qorxudub, o, ağlamağa başlayaraq küncə qısılıb. İtin sahibi baş verənlərə məhəl qoymayıb.
Uşağın anası qonşusundan liftdən çıxmasını istəyib və bu, mübahisəyə səbəb olub. Nəticədə qadın və uşaq iti ayağı ilə itələyərək liftdən özləri çıxıb və bu da yeni münaqişəyə səbəb olub. Sahibini müdafiə edən pitbul rəqibə hücum edərək ayağını cırmaqlayıb. Bundan sonra it sahibi ev heyvanı ilə birlikdə liftə qayıdıb.
QAZİLER.AZ