Cümə günü Tbilisidə ondan çox etiraz aksiyası planlaşdırılıb. Gün ərzində Gürcüstan paytaxtının küçələrində yürüşlərə həkimlər, musiqiçilər, maliyyəçilər və digər sahələrin nümayəndələri iştirak edəcək.
Qaziler.az bildirir ki, aksiyalar Facebook sosial şəbəkəsində elan edilib.
Etirazçıların əsas tələbləri yeni parlament seçkiləri və əvvəllər saxlanılan nümayişçilərin azadlığa buraxılmasıdır.
Gürcüstanda 15-ci gündür ki, genişmiqyaslı avropapərəst nümayişlər səngimir. Vətəndaşlar hakimiyyətin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilə qədər təxirə salmaq qərarına cavab olaraq küçələrə axışıb.
Son iki həftə ərzində Tbilisidə 400-dən çox adam saxlanılıb. Onlardan təxminən üç nəfəri iğtişaşlarda iştirak etməkdə təqsirli bilinib və cinayət işi açılıb.
QAZİLER.AZ