Gürcüstandakı etiraz aksiyaları Qərb dövlətləri tərəfindən liberal fondlar vasitəsilə maliyyələşdirilir.
Qaziler.az xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində gürcü hüquq müdafiəçisi Nana Kakabadze deyib.
“Hazırda etiraz aksiyaları liberal fondlar tərəfindən maliyyələşdirilir. Onlar Qərbdən gələn sifarişləri yerinə yetirirlər, lakin Gürcüstanın maraqlarını nəzərə almırlar”, - o vurğulayıb.
Hüquq müdafiəçisinin sözlərinə görə, onun adını çəkdiyi fondlar Gürcüstanın özündəki vəziyyətlə maraqlanmır, sadəcə olaraq Qərbdən aldıqları sifarişi yerinə yetirməklə məşğuldurlar.
Qeyd edək ki, bundan əvvəl Amerikanın “The New York Times” qəzeti ABŞ-ın qeyri-kommersiya təşkilatları və iğtişaşlara dəstək vasitəsilə Gürcüstandakı etirazlara təsir göstərməyə çalışdığını yazmışdı.
QAZİLER.AZ