Paşinyan evindəki istilik sisteminin pis olmasından şikayətlənib

Paşinyan evindəki istilik sisteminin pis olmasından şikayətlənib backend

Ermənistanın baş naziri Nikol Paşinyan hökumət iqamətgahında bütün otaqların zəif qızdırıldığını deyib.

Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.

O, hökumətin iclasında qışda evlərin kifayət qədər isti olmamasına aydınlıq gətirərək narazılığını bildirib.

Baş nazir bildirib ki, əlavə qızdırıcılardan istifadəyə ehtiyac var. Lakin o,  belə xərclərin şəxsi vəsait hesabına ödənilməsinin mümkünsüzlüyünə diqqət çəkib.

Paşinyanın sözlərinə görə, hökumət binasının texniki işçiləri həftə sonları da binalarda işıqlandırmanı yandırırlar.

QAZİLER.AZ

Diaspora