İranın paytaxtı Tehranda havanın kəskin çirklənməsi hökuməti dekabrın 11-də məktəbləri və iş yerlərini bağlamağa məcbur edib.
Qaziler.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Tehran vilayəti qubernatorunun müavini Mir Məhəmməd Qəravi dekabrın 10-da yerli İran mediasına bildirib ki, ölkənin bir çox böyük şəhərlərində olduğu kimi dekabrın 11 və 12-də İranın paytaxtında məktəblər və universitetlər, eləcə də dövlət idarələri bağlanacaq.
Çərşənbə günü bütün məktəblər və dövlət idarələri bağlanıb və ya hər kəs evdən işləyib.
Həmçinin, idman yarışları da ləğv edilib.
QAZİLER.AZ