"Xüsusi hərbi əməliyyat" 2025-ci il yanvarın 21-də Donald Trampın ABŞ prezidenti vəzifəsinə başlaması ilə başa çata bilər.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu ehtimalı politoloq Sergey Markov Telegram kanalında yazıb.
O, bu qənaətə Rusiya prezidenti Vladimir Putinlə Macarıstanın baş naziri Viktor Orbanla telefon danışığının nəticələrinə əsasən gəlib.
"ABŞ və Rusiya arasında Ukraynada sülhə dair ilk demək olar ki, birbaşa danışıqlar başlayıb. Onlar Vladimir Putin və Donald Tramp arasında gedirlər. Viktor Orban vasitəçi rolunu oynayır. Dünən Trampla, bu gün isə Putinlə danışıqlar aparıb. Ukraynada sülh şərtlərinin müzakirə olunduğu aydındır. Putin və Tramp kompromis tapa bilsələr, döyüşlər yanvarın 21-də bitə bilər", - Markov hesab edir.
Çərşənbə günü, dekabrın 11-də baş tutan telefon danışığı zamanı Vladimir Putin və Viktor Orban iqtisadi əməkdaşlıq və Ukraynadakı vəziyyəti müzakirə ediblər. Kreml qeyd edib ki, Macarıstanın baş naziri bir sıra Qərb liderləri ilə təmaslarını nəzərə alaraq böhranın siyasi və diplomatik yolla həlli yollarının birgə axtarışında maraqlı olduğunu bildirib.
QAZİLER.AZ