Rusiya ordusu Kursk vilayətində iki kəndi geri alıb

Rusiya ordusu Kursk vilayətində iki kəndi geri alıb backend

Rusiya Silahlı Qüvvələri Kursk vilayətinin Sudjanski rayonunun Darino və Plexovo kəndlərini azad edib.

Qaziler.az bildirir ki, bu barədə dekabrın 11-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Şimal qüvvələri qrupunun bölmələri hücum əməliyyatları zamanı Darino və Plexovo yaşayış məntəqələrini azad edib", - nazirliyin bəyanatında deyilir.

"Bundan başqa, Rusiya hərbçiləri regionun sərhədyanı ərazilərindəki doqquz yaşayış məntəqəsi ərazilərində Ukrayna Silahlı Qüvvələrinin (USQ) 12 briqadasını darmadağın edib.

Bir gündə Ukrayna Kursk bölgəsində 200-dən çox əsgərini, bir tankını, üç Amerikalı "Bradley" piyada döyüş maşını (İFV), altı minaatan və yeddi maşın itirdi. Bir ukraynalı hərbçi Rusiya əsgərlərinə təslim olub".

QAZİLER.AZ

Diaspora