Terror təşkilatı PKK Suriyanın Mənbic bölgəsində "TRT Haber" qruplarının yayımlandığı əraziyə bombalı pilotsuz uçan aparatla hücum edib. Qrupun avtomobilinə ciddi ziyan dəyib.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, PKK/YPG terror təşkilatı Suriyada çalışan TRT Xəbər komandasına kamikadze pilotsuz təyyarə ilə hücum edib.
Hücum zamanı heyətin avtomobilinə ciddi ziyan dəyib.
"TRT-Haber"in müxbiri Bülent Çulcuoğlu, operatorlar Fatih Şenel və Bülent Serin və nəqliyyat məmuru Yusuf Serinin səhhətinin yaxşı olduğu bildirilir.
QAZİLER,AZ

