Rusiya məhkəməsi Dövlət Dumasının keçmiş deputatı Mariya Maksakova-İqenberqsi qiyabi həbs edib.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə məlumat dekabrın 10-da Moskvanın ümumi yurisdiksiya məhkəmələrinin saytında dərc edilib.
Opera müğənnisi Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirməyə açıq çağırışlarda ittiham olunur.
Aydın olur ki, müğənni Rusiya Federasiyası Cinayət Məcəlləsinin 280.4-cü maddəsi ilə ("Dövlətin təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətə ictimai çağırışlar") ittiham olunur.
Maksakova hazırda Rusiyadan kənardadır.
QAZİLER.AZ