Zabaykalyedə iki yük maşını buzun içinə düşüb.
Qaziler.az bildirir ki, bu barədə dekabrın 11-də Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Sürücülər Araxlei gölü boyu yollarını qısaltmaq istəyiblər. Yük maşınları sahildən 15 metr aralıda batmağa başlasa da, sürücülər oradan çıxa biliblər.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ağır texnikanın köməkliyi ilə avtomobilləri çıxarmağa çalışsalar da, yük maşınlarını çuxurdan çıxarımaq mümkün olmayıb
Fövqəladə Hallar Nazirliyinin Telegram kanalında yayımlanan məlumatında "İşlər davam etdiriləcək" dedi.
QAZİLER.AZ