Rusiya ordusu Zaporojye şəhərindəki mərkəzə zərbə endirib, dağıntılar altında insanların qaldığı ehtimal edilir.
Qaziler.az xəbər verir ki, bu barədə prezident Vladimir Zelenski öz Teleqramında məlumat verib.
Zelenskinin qeyd etdiyinə görə, hazırda Zaporojyedə xilasetmə əməliyyatı davam edir. 3 ölü və ən azı 14 yaralı artıq məlumdur. Hər kəs ehtiyac duyduğu yardımı alır.
“Ofis binası, binalar dağıdılıb, tibb mərkəzi zədələnib, dağıntılar altında insanlar ola bilər. Xilasetmə üçün maksimum işlər görülür, bütün xidmətlər əraziyə cəlb olunub”.
QAZİLER.AZ