2012-ci ildə İtaliyada adam öldürməkdə təqsirli bilinərək 21 il həbs cəzası alan və ədalətdən qaçan ən təhlükəli 100 qaçaqdan biri olan Gürcüstan vətəndaşı Türkiyədə saxlanılaraq İtaliyaya aparılıb.
Qaziler.az "qruziya-onlayn"a istinadən bildirir ki, İtaliya polisinin məlumatına görə, 43 yaşlı Maka Katibaşvilinin mafioz cinayət təşkilatı ilə, yəni “qanuni oğrular” klanlarından biri ilə əlaqəsi olduğu iddia edilir.
Katibaşvili qanuni oğru adlandırılan Gürcüstan vətəndaşı Revaz Çuradzenin qətlində iştirak etdiyi üçün axtarışa verilib. Bu, 2012-ci il yanvarın 6-da İtaliyanın cənubundakı Bari şəhərində baş verib.
Revaz Çuradze Moro meydanındakı ofisinin qarşısında səsboğuculu tapança ilə güllələnib. Qurbana 9 güllə atılıb. Qətl onun biznes fəaliyyəti ilə bağlı olub.
QAZİLER.AZ