Rusiyalılar Suriyadan təxliyə edilmələrini xahiş edirlər

Rusiyalılar Suriyadan təxliyə edilmələrini xahiş edirlər backend

Lvova-Belova uşaqlı Rusiya vətəndaşlarının Suriyadan təxliyə ilə bağlı müraciətləri barədə məlumat verib

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Rusiya Federasiyası Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova bildirib ki, Suriyadakı Rusiya vətəndaşları ölkədən təxliyə ilə bağlı idarələrlə əlaqə saxlamağa başlayıblar.

Ombudsmanın sözlərinə görə, söhbət uşaqlı rusiyalıların müraciətlərindən gedir. O, müraciətlərin sayını açıqlamayıb.

“Biz vətəndaşların təxliyəsi ilə bağlı müraciətlər almağa başlamışıq”, - ombudsman bildirib.

O, əlavə edib ki, aparatı bu mövzu ilə bağlı Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi ilə əlaqə saxlayır.

QAZİLER.AZ

Diaspora