Üç il işğal altında: hərbçinin oğlu Ukraynaya qaytarıldı

Üç il işğal altında: hərbçinin oğlu Ukraynaya qaytarıldı backend

Ukrayna Luqansk vilayətində ukraynalı hərbçinin üç ildir işğal altında olan ərazidə yaşayan oğlunun anasına qaytarılması üçün uğurlu əməliyyat keçirə bilib.

Qaziler.az bildirir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermaka istinadən məlumat yayıb.

O, qeyd edib ki, oğlanın anasına qaytarılması Ukrayna prezidenti Vladimir Zelenskinin “Bring Kids Back UA” təşəbbüsü çərçivəsində baş tutub.

Yermak uşağın hekayəsini danışıb.

Genişmiqyaslı işğal başlamazdan əvvəl oğlan anası və nənəsi ilə Luqansk vilayətində yaşayıb.

Anası Ukrayna Silahlı Qüvvələrinə qoşulandan sonra şəhər Rusiyanın atəşinə, sonra isə işğala məruz qalıb.

Belə ki, oğlan nənəsi ilə tək qalıb.

Yermak deyib ki, uşağın nənəsi iki həftə əvvəl dünyasını dəyişib.

"Uşaq Rusiyaya deportasiya olunmaq və internat məktəbinə düşmək təhlükəsi üz-üzə qalıb", - dedi.

Lakin sonda oğlan işğal olunmuş ərazidən anasına qaytarılıb.

"Ukrayna Uşaq Hüquqları Şəbəkəsinin tərəfdaşlarına bu qayıdışın təşkilinə görə minnətdaram. Biz prezidentin bütün uşaqlarımızı Ukraynaya qaytarmaq tapşırığını yerinə yetiririk!" - Yermak vurğulayıb.

QAZİLER.AZ

Diaspora