Suriyanın Mənbic şəhərinin PKK terror qruplaşmasından azad edilməsi ilə bağlı reportajda üzərinə Azərbaycan bayrağının fonunda “Qarabağ” yazılmış köynək geymiş yeniyetmə də görünüb.
Qaziler.az report.az-a istinadən xəbər verir ki, bu görüntü GDH teleqram kanalının reportajında yayılıb.
Kadrlarda Mənbic sakini 13 ildir terrorçuların şəhəri işğal etməsi səbəbindən yurdunu tərk etdiyini, atası, anasının yasına belə gələ bilmədiyini bildirib.