Rusyada telefonun alışması nəticəsində doqquz aylıq körpə yanıq xəsarətləri alıb

Rusyada telefonun alışması nəticəsində doqquz aylıq körpə yanıq xəsarətləri alıb backend

Udmurtiyada telefonun alışması nəticəsində doqquz aylıq uşaq xəsarət alıb.

Qaziler.az bildirir ki, bu barədə bazar ertəsi, dekabrın 9-da Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Votkinskdə ata uşağı yatağa qoyub və bu zaman yaxınlıqda olan mobil telefondan qığılcım çıxıb. Nəticədə körpənin paltarları yanıb”, - idarənin Telegram kanalında verdiyi açıqlamada deyilir.

Yanğının söndürüldüyü və uşağın xəstəxanaya yerləşdirildiyi bildirilir.

Fövqəladə Hallar Nazirliyi smartfondan istifadə qaydalarını xatırladıb. Mütəxəssislər onları əşyalarla örtməməyi və ya yastığın altına qoymamağı tövsiyə edir, çünki bu, batareyanın istiləşməsinə səbəb olur.

QAZİLER.AZ

Diaspora